• Op. Uzm. Seymur Məmmədov

Uşaqlarda ürək xəstəliyi olduğunu necə anlamaq olar?

Uşaqlarda ürək xəstəlikləri xəstənin yaşına, xəstəliyin tipinə və xəstəliyin mərhələsinə görə fərqli əlamətlərlə ortaya çıxar. Məsələn yeni doğulmuş uşaqlarda əmmə zamanı ortaya çıxan çətinlik, sıx nəfəs alma, kilo alabilməmə, böyümə və inkişafın geriləməyi ürək xəstəliyinin əlaməti olabiləcəyi kimi bəzən də uşaq anadan doğulan kimi ciddi göyərmələr görüləbilər. Bəzi yenidoğulanlarda heç bir simptom olmadan bir həkim müayinəsi ilə ürəkdə küy səsi eşidilə bilər və erkən diaqnoz qoyula bilər. Bəzi uşaqlarda isə yenidoğulan vaxtı heç bir problem görülməz amma ilərləyən zamanlarda uşaqda birdən ortaya çıxan göyərmə, sıx nəfəs alma və ya ümumi vəziyyətin pozulması ürək xəstəliyininin varlığından xəbər verə bilər.

Yenidoğulan dövründən sonra böyümə artımının dayanması, kilo almaması, tez-tez nəfəs alması , tez-tez tərləmə və ya göyərməsi ürək xəstəliklərinin bir əlaməti ola bilər. Yaşca daha böyük uşaqlarda, baxçada və ya ibtidai məktəbdə yorğunluq, təngnəfəslik, sürətli  ürək döyüntüsü və ya göyərmə şikayətləri ürək xəstəliyinə işarə ola bilər. Belə hallarda dərhal mütəxəssislərə müayinəyə

aparılmalıdır.

#urek #usaqlardaurekyetmezliyi #urekxestelikleri #urekqusurlari #kuy

6 görüntüleme
  • Beyaz Instagram Simge
  • Beyaz YouTube Simgesi
  • White Facebook Icon
  • White Twitter Icon

Mərkəzi Neftçilər Xəstəxanası,  AZ 1025, Y. Səfərov küç. 17

 +994555335584